Müstəqil Media Uğrunda Hərəkatın növbəti iclası keçirilib

img

11-08-2010 [02:55]


Yeni müstəqil media qurumunun yaradılması istiqamətində işlər davam etdirilir. ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı Müstəqil İnformasiya Agentliyinə deyib ki, çərşənbə axşamı Müstəqil Media Uğrunda Hərakatın növbəti toplantısı keçirilib. Toplantıda ?Xural?, ?Reytinq?, ?Milli Yol? qəzetlərinin, Müstəqil İnformasiya Agentliyinin, eləcə də Poliqon İnformasiya Agentliyinin rəhbərləri iştirak ediblər: ?Toplantıda bir sıra məsələləri müzakirə etdik. Təşkilatlanma işi ilə bağlı da müzakirələr aparıldı. Qərara gəlindi ki, Müstəqil Media Uğrunda Hərəkat müstəqil fəaliyyət göstərsin və öz sıralarına ölkənin tanınmış qələm əhlini cəlb etsin?. Ə.Zeynallı deyib ki, qurumun dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklər: ?Nizamnamənin hazırlanması üçün baş redaktorlardan ibarət İşçi Qrup yaratdıq. Təkliflər səsləndi ki, təşkilatın adı ?Müstəqil Media Uğrunda? İctimai Birlik olsun?. ?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli isə MİA-nın əməkdaşına deyib ki, qurumun adında müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təklifi gələcəkdə dövlət qeydiyyatına alınarkən hər hansı problemlə üzləşməməkdən ötrüdür: ?Bununla bağlı hüquqşünaslarla da məsləhətləşmələr aparırıq və yaxın zamanlarda qurumun təsis yığıncağını keçirəcəyik?. A.Mirzəbəyli qurumun beynəlxalq təşkilatlarla da müəyyən əlaqələrinin olması üçün işlər görəcəklərini bildirib. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR