Yeni media qurumu təsisçilərinin növbəti toplantısı keçirildi (yenilənib)

img

05-08-2010 [12:41]


Bir qrup müstəqil media rəhbərləri bir müddətdir ki, mediamızın mövcud durumunu nəzərə alaraq özlərinin yeni media qurumunu təsis etməyə səy göstərirlər. Bu məqsədlə yeni təsis olunacaq qurumun yaradıcılarının növbəti toplantısı da keçirilib. ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzili deyib ki, yaxın günlərdə müzakirələr yeni müstəviyə keçəcək və sentyabrın birinci yarısında təsis konfransı keçirəcəklər: ?Sragagünkü toplantımızda ənənəvi olaraq tanınmış media qurumları rəhbərləri və ekspertlərlə yanaşı, bəzi QHT rəhbərləri və hüquqşünaslarla da görüş keçirib, məsləhətləşmələr apardıq. Qərara aldıq ki, bundan sonra hər həftənin çərşənbə axşamı təşəbbüs qrupunun toplantısı keçirilsin, həftə arasında isə yeni simalarla görüşüb məsləhətləşmələr davam etdirilsin. Sonuncu görüşümüzdə, həmçinin yeni qurumun təşəbbüsçülərindən mən, ?Müxalifət? qəzetinin baş redaktoru Rövşən Kəbirli, ?Xural?ın baş redaktoru Əvəz Zeynallı, ?Reytinq? qəzetinin rəhbəri Afiq Mirzəbəyli, ?Milli yol? qəzetinin baş redaktoru Şahin Ağabəyli, Müstəqil İnformasiya Agentliyinin rəhbəri Zaur Əhməd və başqaları iştirak edirdilər?. ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı isə bildirib ki, adıçəkilən media qurumun bu yaxınlarda yaradıldığını vurğulayıb: ??Xural?, ?Reytinq? və ?Milli yol? qəzetləri qurumun əsas üzvləridir. Ötən həftə avqustun 3-də Azərbaycan Mütəqil Media Assossasiyası ilə birlikdə toplantı keçirdik. Qərara aldıq ki, biz səylərimizi birləşdirək. Bundan sonrakı görüşlərimiz hər həftənin çərşənbə axşamı olacaq. Bu görüşləri RATİ-nin ofisində keçirməyi düşünürük. Amma toplantı məkanları dəyişə də bilər. Orda həm Azərbaycan media quramları, həm müstəqil yazarlar, həm gənc jurnalistlər və digər qurumlar iştirak edə bilərlər. Çalışacağıq ki, hər həftənin ikinci günü genişləndirilmiş şəkildə Azərbaycan mediasında baş verən hadisələr həm müzakirə olunsun , həm də medianın yenidən təşkilatlanması yönündə ilkin təşəbbüslərə şərait yaratsın. Hər ay ənənəvi geniş toplantılarımız olacaq və medianın problemlərini müzakirə edəcəyik. Bu müzakirələr də üzv olan qəzetlər tərəfindən geniş şəkildə işıqlandırılacaq". Qurumun sentyabr ayında fəaliyyətə başlayacağını deyən Ə.Zeynallının sözlərinə görə, bu, Azərbacanda mətbuatın azadlığı və inkişafı üçün müstəsna rol oynayacaq. Ə.Zeynallı söyləyib ki, indiyə qədər yaradılan qurumlar, KİV-ə dəstək fondu və Mətbuat Şurası birmənalı olaraq dövlət qurumu kimi fəaliyyət göstərir: ?Biz isə müstəqil mətbuatın maraqlarını öndə tutan bir qurum yaradacağıq. Çalışacağıq ki, bu qurumu dövlət orqanlarının nəzarətinə verməyək və eyni zamanda dövlət orqanları ilə də əməkdaşlıq edək. Əlbəttə adıçəkilən qurumlar hakimiyyətin mararqlarını üstün tutur, biz də özəl qurum kimi mətbuatın maraqlarını öndə tutacağıq. Yaranacaq yeni qurum yaxşı mənada rəqabətə yol açacaq və hər kəs mətbuatın maraqları istiqamətində daha çox iş görmək üçün çalışacaq. Yəni bu, mətbuatın xeyrinə olacaq? .

Digər xəbərlər
SON XƏBƏRLƏR