Qəzetlərin məhkəməyə verilməsi müzakirə edildi

img

03-08-2010 [02:48]


Bu gün ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı RATİ-nin mənzil qərargahında mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda qəzetlərin məhkəmələrə verilməsinin intensivləşməsi ilə bağlı müzakirə aparılıb. Konfransda Media Hüquqları İnstitutunun nümayəndəsi Xalid Ağəliyev, ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzili, ?Millətim? qəzetinin rəhbəri Fərəməz Novruzoğlu və ?P.S Nota? qəzetinin baş redaktoru Sərdar Əlibəyli də fikirlərini bölüşüblər. Ə.Zeynallı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, KİV-ə Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli ilə məhkəmə çəkişmələrinə də toxunaraq bildirib ki, belə bir konfransın keçirilməsinə səbəb rəhbərlik etdiyi qəzetin ard-arda məhkəməyə verilməsi olduğunu deyib. ?Xural?ın baş redaktoru ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə aralarındakı çəkişmə ilə bağlı məsələyə də toxunub. Bildirb ki, R.Arifoğlu onu xüsusi ittiham qaydasıyla məhkəməyə verib: ?O, mənim həbsimi istəyir. Bu necə həmkardır? Rauf Arifoğlu hakimiyyətin təsiri altındadır. O, hakimiyyət qarşısında öhdəlik götürüb. Onun 2003-2006 cı illərdə hakimiyyət haqqında yazdıqları hamının yadındadır. İndi isə mətbuatda prezident haqqında mədhiyyələr yazır. Amma o, buna görə heç kəsədən üzr istəmədi?. Baş redaktor mətbuatın 135 illiyində prezidentin KİV- ə yardım məsələsinə və bu yardıma kimlərinsə göz dikməsindən də danışıb. [b]Aysel FƏRZİYEVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR