DSK və məntəqələrin formalazdırılmasında saxtakarlıqlar edilir

img

03-08-2010 [02:18]


80 saylı Dairə Seçki Komissiyası ilə bağlı narazılıq yaranıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ədalət Partiyasının İmişli rayon təşkilatının sədri Əlifağa Mirzəyev məlumat verib. Ə.Mirzəyev deyib ki, DSK-nın yenidən formalaşdırılması üçün partiyanın namizədini Seçki Məcəlləsinə uyğun olaraq, 80 saylı DSK-ya təqdim edib: ?Lakin məlum olmayan səbəblərdən 80 saylı İmişli-Beyləqan Dairə Seçki Komissiyasına İmişli rayonunun Aranlı kənd sakini, bizim partiyanın üzvü olmayan və tanımadığımız Hüseynov Samir Şakir oğlu təyin edilib. Seçki məntəqələrinin İmişliyə aid hissəsində bir-iki nəfəri çıxmaq şərti ilə Ədalət Partiyasının nümayəndələri göndərilməyib və hətta onlardan Seçki Məcəlləsinə uyğun olaraq razılıq ərizələri alınmayıb?. Rayon təşkilatının sədri qeyd edib ki, Hüseynov Samir Şakir oğlu 79 saylı DSK-dan 38 saylı Seçki Məntəqəsinin Ümüd Partiyasından göndərilib və məntəqə katibidir. Ümüd Partiyası 79 saylı DSK-da təmsil olunur. 80 saylı DSK-ya isə adıçəkilən partiyanın dəxli yoxdur. Ə.Mirzəyev MSK sədri Məzahir Pənahova və Ədalət Partiyasının sədri İlyas İsmayılova müraciət ünvanlayaraq, xahiş edib ki, məsələ ciddi araşdırılsın və təqsirli şəxslər cəzalandırılsınlar. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA