BAXCP ABŞ-ı ikiüzlü və riyakar siyasət yeritməkdə suçladı

img

03-08-2010 [12:56]


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) ABŞ Senatının Azərbaycanın işğal edilmiş ərazilərində ? Dağlıq Qarabağ bölgəsində formalaşdırılmış separatçı rejimə ?humanitar yardım? adı altında 10 milyon dollar vəsait ayırmasını pisləyən bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bir kimi bu günə qədər tutduğu mövqenin daşıdığı missiya ilə uyğun gəlmədiyini bildirilir: ?Eləcə də beynəlxalq birlik tərəfindən tanınmamış, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ortaya çıxmış və heç bir hüquqi statusu olmayan qondarma rejimə maliyyə vəsaitləri ayırması bu ölkənin elan etdiyi prinsiplər və beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Bu addım aqressiv separatizmi, beynəlxalq terrorizmi stimullaşdırır?. BAXCP ABŞ-ın Gürcüstan-Rusiya müharibəsindən sonra daha çox dağıntılara məruz qalmış qondarma ?Cənubi Osetiya Respublikası?na, o cümlədən tanınmamış Abxaziya və Dnestryanı rejimlərinə maliyyə vəsaitləri ayırmamasını ABŞ-ın ikiüzlü, riyakar siyasətinin göstəricisi kimi dəyərləndirib. Partiya hesab edir ki, bu addım ABŞ-ın siyasi rəhbərliyinin erməni diasporundan tam asılılığının əyani təsdiqidir: ?Bu hərəkətlər ABŞ-nın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində vasitəçi kimi iştirakını mümkünsüz edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA