MSK məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək

img

02-08-2010 [01:16]


Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçirəcək. Bu barədə MSK-dan məlumat verilib. Məlumatda bildirilir ki, treninqlərin məqsədi parlament seçkiləri ərəfəsində aşağı seçki komissiyalarının üzvlərinin təcrübəsini artırmaq, Seçki Məcəlləsinə edilmiş dəyişiklərin və MSK tərəfindən qəbul olunmuş seçki sənədlərinin geniş izahını verməkdir. Tədbirin parlament seçkilərinə rəsmi start verilənə qədər reallaşdırılması nəzərdə tutulur. Xatırladaq ki, ötən ay MSK ilə Avropa Şurasının dairə seçki komissiyalarının üzvləri üçün keçirdiyi treninq-seminarlar başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA