Polis səhər saatlarından ADP-çi gəncləri saxlayıb

img

31-07-2010 [12:07]


Bu gün səhər saatlarında ADP Gənjlər Təşkilatının iki fəalı Kamal və Orxan Hüseynov qardaşları həbs olunub. Onlar yaşadıqları evdən çıxarkən mülki geyimli şəxslər tərəfindən heç bir əsas göstərilmədən saxlanılıb. ADP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, mülki şəxslərə tabe olmaq istəməyən ADP-çi gənjlər zorakılığa məruz qalaraq maşına oturdularaq naməlum istiqamətə aparılıb. Verilən məlumata görə, Kamal və Orxan Hüseynov qardaşları AXJP-nin sonunju aksiyası zamanı da aktiv şəkildə iştirak etmişdilər, aksiya zamanı polis zorakılığına məruz qalmış və müxtəlif dərəjəli bədən xəsarətləri almışdılar. Partiyadan onu da bildiriblər ki, saxlanılmanın səbəbi çox güman ki, AXCP, Müsavat və DUİ-nin bu günə təyin etdikləri ijazəsiz mitinqdir. Hazırda onların harada saxlanılması barədə məlumat yoxdur. Xatırladaq ki, Müsavat Partiyasının sonunju aksiyasından əvvəl ADP Gənjlər Təşkilatının sədri Vüsal Əliyev də anoloci situasiya ilə rastlaşmışdı. O, mitinqdən qabaq həbs olunmuş, 10 saata yaxın qeyri-qanuni olaraq saxlanılmış, mitinqdən sonra axşam saatlarında Xəzər Rayon Məhkəməsi tərəfindən heç bir əsas göstərilmədən, 20 manat məbləğində jərimə olunaraq azad olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA