AMiP Siyasi Şurasının iclası keçirilib

img

30-07-2010 [11:29]


AMİP Siyasi Şurasının iclası keçirilib. İclasda gündəliyə çıxarılan əsas məsələ Dağlıq Qarabağ problemi, payızda keçiriləcək parlament seçkilərinə hazırlıq və Mərkəzi Şuranın daimi komissiyaları haqqında olub. Ermənistan- Azərbaycan münaqişəsinin və Dağlıq Qarabağ probleminin həllini geniş və hərtərəfli müzakirə edən Siyasi Şura ATƏT-in Minsk Qrupunun fəaliyyətinin səmərəsizliyini, aparılan danışıqların nəticə vermədiyini, Ermənistanın qeyri-konstruktiv mövqe tutmasını və problemin həllinin dalana dirənməsini əsas götürərək qərara alıb ki, bununla bağlı Azərbaycan Respublikası prezidentinə, Milli Məclisə, ölkədə fəaliyyət göstərən siyasi partiyalara, QHT-lərə, ziyalılara və ictimayyətə müraciət olunsun. Qarşıdan gələn parlament seçkilərini barədə müzakirələrin yekunu olaraq Siyasi Şura seçki hazırlığının gücləndirilməsini zəruri hesab edib. Eyni zamanda Siyasi Şura, partiyanın Mərkəzi Şurasında yaradılan daimi komissiyaların fəaliyyətini daha da intensivləşdirmək və keyfiyyətini artırmaq üçün müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislərin cəlb olunmasını məqbul sayıb. Xatırladaq ki, AMİP-in Mərkəzi Şurasında Dövlət quruculuğu və hüquq, Elm, təhsil, səhiyyə və mədəniyyət, İqtisadi və sosial siyasət, Qarabağ və Azərbaycanın ərazi bütövlüyü, Ekologiya və təbii sərvətlər, Dünya Azərbaycanlılarıyla iş daimi komisiyyaları yaradılıb və fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA