?Azadlıq?ın közə yazarı 20 min manatdan imtina etməyi təklif etdi

img

29-07-2010 [02:17]


?Ölkədə yeganə tam müstəqil gündəlik nəşr kimi ?Azadlıq? qəzetinə yaraşan, hakimiyyətin verdiyi 20 min manatdan və əməkdaşına verilən fəxri addan imtina etmək olardı?. Bu fikri facebook sosial şəbəkəsində ?Azadlıq? qəzetinin köşə yazarı Elnur Astanbəyli səsləndirib. Müstəqil İnformasiya Agentliyinə açıqlamasında E.Astanbəyli həmin fikrində qaldığını deyib: ?Mən bu barədə qəzetin baş redaktoru Qənimət Zahidin özünə də demişəm. Bu fikri də sadəcə, qəzetin bir köynək uzaq köşə yazarı kimi səsləndirirəm, bu məsələdə son qərar verəcək olan ?Azadlıq?ın kollektividir?. Qəzetlərə ayrılan yardımları və jurnalistlərə verilən fəxri adları Azərbaycan mətbuatını son nöqtəsinə, son nəfərinə kimi hakimiyyətin iradəsinə tabe etdirmək təşəbbüsü kimi qəbul etdiyini deyən E.Astanbəyli ?Azadlıq?a ayrılan maddi yardımdan ona da pul ayrılacaqsa, bunu almayacağını bildirib: ?Mən həmin yardımdan kənar müəlliflərə pay düşüb-düşməyəcəyini bilmirəm. Şəxsən mənim belə istəyim yoxdur. Belə bir şey olsa da, götürməyəcəm?. E. Astanbəyli bu təklifini müdafiə edib-etməyənlərin olması barədə suala isə cavab verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR