28-07-2010 [05:52]
[b]Tədqiqatçı deyir ki, ?Mavi Mərmərə? insidentində kənar 3-cü qüvvənin əli görünür?
[/b]
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay ?Mavi Mərmərə? türk gəmisi ətrafında baş vermiş münaqişənin müstəqil araşdırması baş çatıb. Səfərdən qayıdan İ.Altay Müstəqil İnformasiya Agentliyinə müsahibə verib.
[b]-İlqar bəy, səfəriniz necə keçdi? ?Mavi Mərmərə? gəmisi ilə bağlı insidentin Türkiyə və İsrail kimi dövlətləri münaqişə həddinə gətirib çıxarmasını nəzərə alsaq, belə ziddiyyətli məsələini müstəqil araşdırma imkanınız oldumu?[/b]
- Öncə Türkiyə və İsrailin Bakıdakı səfirliklərinə bu missiyaya yaşıl işıq yandırdıqları üçün təşəkkür edirəm. Bəli, həddindən artıq ziddiyyət doğurmuş bir insidentdir. Hər iki ölkə bu məsələyə öz milli maraqları səviyyəsinlə yanaşır. Buna baxmayaraq, məsələnin obyektiv araşdırılmasına, icimai marağa və mətbuata olan hörmət səfirliklərdən necə başlandısa, həmin ölkələrin daxilində də davam etdi. Bu da onu göstərir ki, hər iki ölkə kifayət qədər demokratik köklərə malikdir. Ancaq bu iki ölkənin hər birinin təhlükəsizlik baxımından öz xüsusiyyətləri var. Araşdırma üçün lazımi informasiya əldə edilməsi də elə aparıldı ki, bu dövlətlərin maraqlarına toxunulmasın.
[b]- Bu halda, hansı nəticələrə gələcəyi məlum olmayan, kənardan gəlmiş təhqiqatçı həmin dövlətlər üçün nə dərəcədə arzu olunan ola bilərdi?[/b]
- Bir məsələni qeyd edim ki, hər iki tərəfdə bu hadisə ilə əlaqədar müstəqil araşdırmaya, onun nəticələrinə, ondan yaranacaq ictimai rəyə çox məsuliyyətlə və mən deyərdim, narahatlıqla yanaşırlar. Tərəfsiz mütəxəssis sözü, mətbuat, KİV, ictimai rəy onlar üçün son dərəcə vacibdir. Bu hal müasir dünyanın önəmli tendensiyasıdır. Türkiyə tərəfdən aparılan istintaq işinə nəzarət edən çox yüksək vəzifəli prokurorun sözləri yadımdan çıxmır. Dedi ki, bizim və yaxud İsrail tərəfinin apardığı apardırma birtərəfli olduğu üçün o qədər inam doğurmaz. Tərəfsiz təhqiqata isə, dünyada milyonlarla insan inana bilər. Ancaq onu da dedi ki, gərək, nəticələriniz obyektiv və vicdanlı olsun. İsrail və Türkiyə mətbuatı apardığım təhqiqatın nəticələrini maraqla gözləyir. Məsələn, Türkiyənin məşhur ?Zaman? qəzeti məndən müsahibə götürdü və yekun nəticələri istəyir.
[b]- Türkiyə və İsraildə hansı işləri görə bildiniz? Çünki bildirdiyiniz kimi, bu kiçik hadisə deyil və ziddiyyətli məqamlar və yəqin ki, təhqiqat obektləri də çox olmalıdır.[/b]
- Qısa zamanda çox iş gördük. Bizim araşdırmamızın xüsusiyyəti belədir ki, müayinə dairəsi çox böyükdür. Bura ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti üzvləri, onların fikirləri, bu işin istintaqını aparan rəsmi orqanlar, hadisə zamanı yaralananlar, ölənlərin ailə üzvləri, şahidlərlə sorğulu söhbətlər, hadisə yerinə, silah və alətlərə baxış, əlaqədar ekspertiza rəyləri, sənədlərlə tanışlıq və s. aiddir. Ancaq ölkələr və onların təhlükəsizlik sistemləri fərqlidirlər. Ona görə, birisində istintaq aparan icraçı prokurorla rahat görüşüb xeyli məlumatlar əldə edə bilirsən, ancaq hökumət üzvlərindən fikir öyrənmək çətin olur. Digərində xarici işlər naziri ilə görüşmək daha mümkündür, nəinki yaralanmış əsgər ilə. İsraildə Parlamaent rəhbərliyini təmsil edən tanınmış deputat bildirdi ki, hətta ona icazə verməyiblər əsgərlə görüşsün. Çünki həmin əsgərlər məxvi xidmət sahəsinə aiddirlər və hələ bərpa sağalma dövrü keçirlər.
[b]- Səfər zamanı apardığınız iş müəyyən rəyə gəlmək üçün kifayətedici oldumu?[/b]
- Tam kifayətedici olmadı, təbii ki. Məsələn Türkiyə tərəfdən yaralı və ölənlərin tibbi ekspertiza rəyləri, güllələrin ballistik ekpertiza rəyləri hələ hazır deyil. İsrail tərəfdən istintaq başa çatmayıb deyə, onların istintaq komissiyasının üzvləri ilə görüşmək mümkün olmadı. Gəmiyə istintaq altında olduğu üçün baxış keçirə bilmədik. Düzdür, hər iki tərəf mənə bu məsələ barədə öz fakt və sübutlarını, informasiyalarını təqdim etdilər. Ancaq bütün bunlar yalnız ilkin nəticələrə gəlmək üçün kifayət edə bilər.
[b]- Tərəf deyəndə hər iki hökuməti nəzərdə tutursunuz yoxsa?[/b]
- Xeyr, insident iki hökumət arasında baş verməyib. Tərəfin birisi Qəzzaya gedən gəmi karvanını təşkil etmiş, baş qərargahı İstanbulda yerləşən İHH-İnsan Haqları Hüriyyətidir. Bu bir ictimai əsaslarda yaradılmış təşkilatdır. Mən bir neçə dəfə onların ofisində oldum, rəhbərləri ilə görüşdüm. Çox güclü, imkanlı təşkilatdır və Türkiyə hökumətinə bağlı deyil. Təsəvvür edin ki, bu ilin mart ayında xüsusi olaraq bu yürüş üçün 1 milyon dollara ?Mavi Mərmərə? gəmisini alıblar. Bir çox xarici ölkələrdə nümayəndəlikləri, istinad nöqtələri var. Digər tərəf isə, İsrail Hərbi Kommandosudur ki, bu da təbii ki, İsrail hökumətinə balğıdır. Yəni çəkişmə İHH ilə İsrail hökuməti arasındadır. Ona görə də məhz bu qurumlar mənə öz dəlil sübutlarını göstərdilər. Türkiyə hökuməti isə, istər-istəməz münaqişə üzvünə çevirilib. Çünki Türkiyə vətəndaşları ölüb və yaralanıb, onlara sahib çıxır, gəmi də Türkiyənindir.
[b]- Araşdırmanızın nəticələrini nə vaxt açıqlamaq fikrindəsiniz? Çünki əgər səfirliklər səviyyəsində maraqlı bilinib sizin araşdırmanıza razılıq verilibsə, demək bayaq göstərdiyniz kimi, həmin ölkələrdə də yəqin ki, nəticələri gözləyənlər var? [/b]
- Yekun nəticələr və səfərin bir sıra detalları tam araşdırmadan sonra mümkündür. Bu barədə yaxın vaxtlarda mənim baş redaktorluğumla fəaliyyətə başlayacaq ?İnteqral? jurnalında dərc olunacaq. İlkin nəticələri isə topladığım materialları sistemləyib, analiz edib açıqlaya bilərəm. Hələlik iki həftəlik Çexiya və Almaniyaya səfərim var. Oradan Lex Kaçinskinin ölümünün, Smolenskidəki təyyarə qəzasının araşdırılması ilə bağlı Polşaya, Varşavaya səfər edəcəyəm. Yəni, iki həftədən sonra.
[b]- ?Mavi Mərmərə? İnsident ilə bağlı müəyyən fikirləriniz yəqin ki, formalaşmamış deyil. Qısa da olsa, bilmək maraqlı olardı.[/b]
- Mənim ilkin qənaətim belədir ki, ?Qəzzaya yardım? missiyası qanlı toqquşma ilə başa çatmamalı idi. Ekspert kimi hər şeyi analiz etdikdə onun qanla bitmə versiyası 10-nun 1-ə və hətta 20-nin 1-ə nisbətində olmalı idi. Tamamilə məntiqi əsası olmayan lazımsız bir insidentdir. Hadisələrin ən pis və uğursuz variantda inkişafı belə bir gözlənilməz qanlı toqquşmaya gətirib çıxarıb. Araşdırmanın elə ilk detalları göstərir ki, nə aktivistlər, nə də əsgərlər qan tökmək, bir-birini məhv etmək məqsədində olmayıblar. Onlar hər birisi qarşı tərəfin belə sərt davranışını gözləmirmiş. Qanlı olaydan əvvəl axşam saat 22.30-dan gecə 4.30-a kimi, 6 saat Aralıq dənizinin sularında, qaranlıq gecədə bunlar bir-birini müşahidə və təqib şəraitində üzüblər. Bu müddətdə hər iki tərəf öz hökumətlərinə və bütün dünyaya xəbərlər göndəriblər ki, belə bir vəziyyət yaranıb, nə edək? Gözləyiblər ki, yəqin hansısa bir siyasi qərar verilər və bu gərgin qarşıdurma vəziyyəti dayandırılar, çarə tapılar. 6 saat gecə qaranlığında, belə dəhşətli, yüksək psixoloji-emosional gərginlik şəraitində onların əsəbləri tarıma çəkilib.
[b]- Belə çıxır ki, bu toqquşmanın qarşısı digər müxtəlif vasitələrlə alına bilərdi. [/b]
- Hadisə qəfildən bir neçə dəqiqənin içində baş verməyib Bu hadisənin qarşısı hələ bir neçə ay öncə başlanğıcından və ən azı həmin son 6 saat dövründə alına bilərdi. Əgər Türkiyə-İsrail hökumətləri arasında son dövrlərdə yaranmış soyuqluq olmasaydı? BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, NATO, Ərəb Ölkələri Liqası kimi təşkilatlar bu 6 saat müddətində məsuliyyətsizcəsinə susublar. Onları talenin ümidinə buraxıblar. Mən sizə deyim, belə şəraitdə hələ bundan daha çox böyük qırğın ola bilərmiş.
[b]- Onda bəs, dənizdəki qarşıdurma tərəfləri özləri niyə qansız variant seçə bilməyiblər?[/b]
- Yenə qeyd edirəm ki, burada nə İsrail əsgərlərinin, nə də missiya aktivistlərinin biri digərini məhv etmək fikri və planı olmayıb. Ən azı ona görə ki, onlar qətiyyətlə bildirirlər ki, heç biri qarşı tərəfdən son anda edilmiş sərt hərəkətləri gözləmirmiş. Bu çox vacib və həlledici faktdır. Əgər qarşı tərəfdən sərt hərəkət gözləmirsənsə, demək sən özün də sərt hərəkətə hazır olmamısan. Aktivistlər əvvəlcədən biliblər ki, İsrai ordusu onları birbaşa Qəzzaya buraxmaz. Onların məqsədi nə qədər mümkünsə, daha çox Qəzza sularına yaxınlaşmaq və dünya ictimaiyyətinin diqqətini cəlb etmək protestlərini mümkün qədər daha effektli etmək olub. Onlardan tapılan, yəni İsrail tərəfinin təqdim etdiyi alətlər və soyuq silahlar hücum yox, özünümüdafiə xarakterlidirlər. Onlar bu alətlərlə sərnişin gəmisi ilə gəmidən kənarda nizami orduya hansı hücumu təşkil edə bilərdilər ki? Öz növbəsində İsrail əsgərlərinin də məqsədi nə qədər mümkünsə, daha təsirli üsullarla, güclülük görüntüsü yaratmaqla gəmini durdurmaq və qansız təslim almaq olub. Yoxsa onların gəmini kənardan tamamilə məhv edib batırmaq imkanları olduğunu hərbdən başı çıxan hər kəs bilir. Bu məqsədlə də əsgərlər ilk əvvəl nümayişi dağıtmaq üçün nəzərdə tutulan qaz, səs və plastik silah vasitələrindən istfadə etmişlər. Bunu mənə hətta aktivist yaralılar, gəmidə olmuş şahidlər də bildirdilər. İsrail tərəfi sadəcə gəmini durdurmaq istəyib və bunun üçün ən pis variantı seçib: neytral sularda gəmiyə daxil olmaq, gəmini və oradakı insanları təslim almaq! Bu zaman hər iki tərəfin emosiyası son həddə qızışmış vəziyyətdə olub və hadisələrin gedişatı nəzarətdən çıxıb. Halbuki sərnişin gəmisini durdurmağın çoxlu qansız üsulları var. Adicə Somali piratları çox rahat üsullarla böyük gəmiləri durdurmaq imkanında olduğu halda, çox güman ki, İsrail tərəfi də bunu edə bilərdi?
[b]- Demək adətən olduğu kimi, bu dəfə də insanlar siyasətin qurbanına çevriliblər?[/b]
- Bəli, müxtəlif hakimiyyətlərin, ictimai-siyasi, dini və s. qurumların özəl emosiyalarının, rəqabət prinsiplərinin qurbanına çevriliblər bu insanlar. Halbuki apardığımız araşdırma göstərir ki, Türkiyə və İsrail ictimaiyyəti və dövlət rəsmilərinin düşüncələrində bu ölkələr arasında ədavət və qarşıdurma yaradacaq heç bir dərin və hətta, dayaz bir səbəb yoxdur. Yəni ortada bölünəcək nəsə yoxdur. Yəni bu münaqişə Türkiyə və İsrail dövlətləri və xalqlarının problemi deyil. Məhz bu səbəbdən də, məntiq üzrə, boş yerdən yaranan münaqişə boş yerdən də nizamlanır. Artıq heç bir danışıqsız, beynəlxalq vasitəçisiz, münaqişənin əks-sədası səngiməmiş, belə tezlikdə, Türkiyə və İsrail arasında müxtəlif səviyyələrdə münasibətlər başlayıb. Hiss olunur ki, hər şey gözlənildiyindən də tez normallaşacaq. Ancaq insan itikisinin yerini heç nə ilə əvəz etmək mümkün olmyacaq.
[b]- Söhbətimizin yekununda baş vermiş hadisənin konkret günahkarları barədə nə deyə bilərsiniz? [/b]
- Qeyd etdim ki, araşdırma başa çatmayıb. Ancaq mənim qənaətimə görə bu məsələdə kənar 3-cü bir qüvvənin rolu görünür və bu münaqişədə maraqlıdır. Bu hətta o qədər güclü qüvvədir ki, Türkiyə və İsrail münasibətlərinin soyuqluğundan sui-istifadə edə bilmək və bu iki ölkəni münaqişə səviyyəsinə çatdıra bilməyə qadirdir. İsrail tərəfi bu qüvvəni İHH-da görür. Ancaq mən düşünürəm ki, bu qüvvə İHH kimi bir çox təşkilatları təmin və tənzim qüvvəsinə malikdir və bunun özü ayrıca bir araşdırma mövzusudur.