QHT fəaliyyətini ən yaxzı izıqlandıran KiV müsabiqəsi elan edilib

img

28-07-2010 [04:05]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsi elan edib. Şuranın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, müsabiqədə mərkəzi televiziyalar, igündəlik qəzetlər, informasiya agentlikləri iştirak edə bilərlər. Televiziyalar üzrə: I mükafat ? 1000 AZN, II mükafat ? 800 AZN, III mükafat - 600 AZN 2 həvəsləndirici mükafat ? hər biri 300 AZN. Gündəlik qəzetlər üzrə I mükafat ? 1000 AZN, II mükafat ? 800 AZN, III mükafat - 500 AZN, 2 həvəsləndirici mükafat ? hər biri 200 AZN. İnformasiya agentlikləri üzrə I mükafat ? 1000 AZN, II mükafat - 800 AZN, III mükafat - 500 AZN, 2 həvəsləndirici mükafat ? hər biri 200 AZN. Müsabiqə 1 avqust ? 1 dekabr dövrünü əhatə edəcək. Qalibləri müəyyən etmək üçün KİV-i mütəmadi izləyən xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. Qrupun təqdim etdiyi göstəricilər üzrə Şura müsabiqənin qaliblərini müəyyən edəcək. Müsabiqənin nəticələri 15 dekabr 2010-cu ildən sonra açıqlanacaq, qaliblərə mükafatlar təntənəli mərasimdə təqdim ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR