KiV Fondunun icraçı direktoru Vüqar Səfərli ?Xural? qəzetini məhkəməyə verdi

img

27-07-2010 [05:28]


KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ?Xural? qəzetini məhkəməyə verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib. Səbəb isə qəzetin 2010 il 25-31 iyul tarixli sayında dərc olunan ?İlham Əliyev ?Xural?ın prezidenti deyil?!? başlıqlı məqaləsidir. Ə.Zeynallı deyir ki, məqalədə Milli Mətbuatın 135 illik yubileyi ilə bağlı tədbirlər, mətbuata qarşı edilən ayrı-seçkilik analiz olunub: ?Vüqar Səfərli haqqında da o məqalədə bir cümləm var. Qeyd olunur ki, ?Təsəvvür edin, Vüqar Səfərli kimi bir mətbu qəssabı mətbuatın dükanının başında əyləşdiriblər. Bu qəssab da satıb, satıb dolayır?. Yəni Vüqar Səfərliyə mətbu qəssab demişdim. Mənim fikrimcə, Vüqar Səfərli mətbu qəssabdır. O da bununla əlaqədar məhkəməyə müraciət edib. 10 min manat pul və təkzib istəyir?. Ə.Zeynallı onu da qeyd edib ki, bu, müstəqil mətbuata növbəti səlib yürüşüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR