Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası ilə MMP-nin toplantısı keçirilib

img

27-07-2010 [02:30]


Bu gün Müasir Müsavat Partiyasının qərargahında Qərbi Azərbaycanlıların Əlaqələndirmə Surası ilə MMP İdarə Heyətinin birgə növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, toplantıda bir neçə ay bundan öncə İrəvan Mühacir Hökumətinin və Qərbi Azərbaycan İcmasının yaradılması üçün verilən qərarların icrası müzakirə olunub. Qeyd edək ki, bir neçə vaxt bundan öncə İrəvan Mühacir Hökumətinin və Qərbi Azərbaycan İcmasının yaradılması üçün xüsusi işçi qrupu təşkil edilmişdi. Həmin işçi qrupu Qərbi Azərbaycan Mühacir hökumətinin yaradılması üçün bütün bölgələri əhatə edən Qərbi azərbaycanlıların statistik siyahısını çıxarıb və həmin regiondan olan ziyalı və ağsaqallarla görüşlər keçirib. Həmin görüşlərdə bütün Qərbi azərbaycanlıların bir qurum altında birləşməsi üçün müəyyən işlər görülüb. Belə ki, öz ata-baba yurdlarından deportasiya olunmuş Qərbi azərbaycanlıların həmin torpaqlara qayıtması və yaxud itirilən əmlaklarının geri alınması, beynəlxalq təşkilatlar tərəfindən onların qaçqın kimi statuslarının tanınması üçün imzatoplama kampaniyası baş çatıb. Bugünkü toplantıda həmin imzaların Avropa Şurasına, ATƏT-ə, BMT-yə göndərilməsi üçün qəti qərar qəbul edilib. Qərara alınıb ki, həmin imzalar avqust ayında beynəlxalq təşkilatlara göndərilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA