Məşhur aparıcı dostunu topuğundan güllələdi: "Sərxoş idim..."

img

08-07-2017 [15:43]


Türkiyənin "Flash TV" telekanalının ana xəbər buraxılışının aparıcısı Gökhan Taşkın dostu Fırat K.-nı topuğundan güllə ilə vurub.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən gecə birgə əylənən dostlar arasında yolda mübahisə yaranıb. Və aparıcı "Glock" markalı silahını çıxararaq, onu ayağından vurub.

Hadisə yerinə gələn polis aparıcını saxlayıb, yaralı isə xəstəxanaya qaldırılıb. 

Polisdə ifadə verən aparıcı "sərxoşdum, yanlışlıqla vurdum" deyib. Dostu isə aparıcıdan şikayətçi olmayıb. Bu üzdən  ifadəsindən sonra Gökhan Taşkın sərbəst buraxılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR