Jurnalistika fakültəsinə yeni dekan seçildi – BDU-da

img

06-07-2017 [13:58]


Bakı Dövlət Universitetində (BDU)yeni təyinat olub.

Universitetin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinin dekanı seçilib.

Məsələ ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a faktı təsdiqləyib.

P.İbrahimova V.Zifəroğlunun bu gündən vəzifəsinin icrasına başladığını bildirib.

Qeyd edək ki, V.Zifəroğlu mayın 12-də dekan əvəzi təyin olunmuşdu. Ona qədər BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR