Bakıda Neft Emalı Zavodunda yanğın (yenilənib)

img

26-07-2010 [12:43]


Bu gün Babək prospektində yerləşən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş Yeni-Bakı neftayırma zavodu) yanğın baş verib. Verilən məlumata görə, yanğın saat 11:00 radələrində başlayıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb edilsə də hələlik alovun qarşısını almaq mümkün olmayıb. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun çənlər parkındakı 140 saylı çəndə başlayan yanğın söndürülüb. Bu barədə məlumat ARDNŞ-dan verilib. Məlumata görə, Fövqəladə hallar nazirliyinin Dövlət yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını saat 12.50 radələrində söndürə biliblər. Hadisə zamanı heç bir tələfat qeydə alınmayıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri ətrafdakı çənlərin soyudulması prosesini və yanğından təhlükəsizlik tədbirlərini davam etdirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR