Razi Nurullayev: ?Əgər birləzərsək, 60 dairədə qələbə çaldığımızı iqtidar da tanımalı olacaq?

img

24-07-2010 [01:14]


Müsavat-AXCP birliyinin baş tutması istiqamətində aparılan təbliğat davam edir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AXCP sədrinin müavinləri xüsusiylə bu istiqamətdə aktivlik nümayiş etdirirlər. Belə ki, AXCP sədirinin müavini Razi Nurullayev birləşmənin vacib olduğunu və bunun öncə partiya ierarxiyasında hakim fikir olmasını əsas sayır: ?Birləşsək, 125 deputat yerinin ən azı 60-i bizim olacaq. Əgər birləşərsək, 60 dairədə qələbə çaldığımızı iqtidar da tanımalı olacaq?. R.Nurullayev qələbəni qorumaq üçün da birliyin zəruri olduğunu qeyd edib: ?O ki qaldı qələbə çaldığımız dairələrdə yerləri əlimizdə saxlamağa, bax burada yenə köməyimizə AXCP-Müsavat birliyi gələcək. Bu müsbət mesaj qəlblərə, ürəklərə, beyinlərə işləməlidir. Amma, 1-ci növbədə bu birliyə özümüz inanmalıyıq ki, siravi vətəndaşlar da bizə inansın. Bunun üçün hər iki partiyanın rəhbərliyindəki şəxslər, sıravi üzvlər bu birliyin baş tutması üçün əllərindən gələni etməlidirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA