Bahar Muradova ABŞ Milli Demokratiya institutunun nümayəndələri ilə görüzüb

img

22-07-2010 [01:06]


Milli Məclis sədrinin müavini Bahar Muradova ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya proqramları üzrə direktoru Laura Cuitin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. MM-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan - ABŞ münasibətlərini yüksək qiymətləndirən B.Muradova ölkələr arasındakı əlaqələri genişləndirmək üçün daha yaxşı imkanların, potensialın və hər iki dövlətin siyasi iradəsinin mövcud olduğunu qeyd edib. Belə səfərlərin, aparılan müzakirələrin xüsusi əhəmiyyətini vurğulayan sədr müavini MDİ ilə əməkdaşlıqdan razılığını bildirib. ABŞ-ın dövlət katibi Hillari Klintonun bu yaxınlarda Azərbaycana səfərini xatırladan B.Muradova bu səfərin iki ölkə arasındakı vacib məsələlərin həllində böyük rolunun olduğunu qeyd edib. Laura Cuit isə son 15 ildə Azərbaycanda baş verən müsbət dəyişikliklərin müşahidə olunduğunu bildirib. Azərbaycana səfərinin məqsədindən danışan MDİ nümayəndəsi səfər müddətində müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları və siyasi qurumlarla müxtəlif görüşlər keçirəcəyini, institut tərəfindən hazırlanan və 2010-cu ildə reallaşdırılması nəzərdə tutulan proqramlara dair fikir mübadiləsi aparılacağını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA