Prezident Mətbuat Şurasının yeni binasının açılızında iztirak edib

img

22-07-2010 [11:34]


İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak edib. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Prezidentə məlumat verilib ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ümumi tikinti sahəsi zirzəmi ilə birlikdə 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılıb, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılıb. Binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar da yerləşir. Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mətbuat Şurası idarə heyətinin üzvləri ilə görüşüb, onları həm Milli Mətbuat Günü, həm də yeni binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, tövsiyələrini verib. Qeyd edək ki, Mətbuat Şurasının yeni ofisi Azərbaycan Dövlət Tibb Universitetinin arxasında (?Niaqara? restoranı yaxınlığında) yerləşir.

Digər xəbərlər
SON XƏBƏRLƏR