Mirmahmud Mirəlioğlu: ?Hər danızanın ağzına pambıq tıxansaydı...?

img

21-07-2010 [12:03]


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının DUİ-nin və KXCP sədri Mirmahmud Mirəlioğlunun ünvanına söylədiyi fikirlər aranı qarışdıra bilər. ?AXCP-Müsavat və DUİ-dən ibarət seçki blokunun yaranması mümkün deyil? deyən AXCP yetkilisi açıq şəkildə DUİ-nin prosesdən kənarda saxlanılacağını iddia edir. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama venən KXCP sədri Mirmahmud Mirəlioğlu isə F.Qəhrəmanlının fikirlərini ciddiyə alıb münasibət bildirmədi: ?Mən hər bir fikrə şərh verməli deyiləm. Hesab edirəm ki, daha çox səlahiyyət sahibləri danışmalıdırlar. Düşünürəm ki, məsələlərin və öz dediklərinin məsuliyyətini daşıya bilən adamların sözünə şərh vermək lazımdır?. KXCP sədri F.Qəhrəmanlının ?Mirmahmud Mirəlioğlunun yaxın hədəfi Qorbaçovu öldürməkdir, bu işlə məşğul olsa daha yaxşı olar? fikrinə də geniş şərh verməyib: ?Qeyd etdiyim ki, hər fikrlə münasibət bildirmək istəmirəm. Bir də ki, hər danışanın ağzına pambıq tıxansaydı, onda gərək Azərbaycanda pambıq qalmasın. Onsuz da ölkədə pambıq istehsal olunmur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA