Bahar Muradova: Azərbaycan və Ermənistan xarici izlər nazirlərinin Almatı görüzündən gözləntilər özünü tam doğrultmadı

img

20-07-2010 [01:53]


?Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən gözləntilər çox idi. Çünki indiyə qədər münaqişənin sülh yolu ilə həlli istiqamətində böyük yol qət edilib və eyni zamanda, bu görüş ATƏT-ə üzv olan dövlətlərin xarici işlər nazirlərinin toplanıtısı çərçivəsində keçirilib. Bütün bunlar həmin görüşün önəmini artıran məqamlar idi?. Bu fikirləri YAP-;n resmi saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-də nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. B.Muradova bildirib ki, hər zaman olduğu kimi bu dəfə də gözləntilər tam özünü doğrultmadı. Çünki erməni tərəfi növbəti dəfə qeyri konstrukvlik nümayiş etdirdi və yenə də razılaşdırılmış məqamlardan geri çəkilməklə, birgə bəyanatın elan olunmasına müqavimət göstərməklə bu görüşün əhəmiyyətini kifayət qədər azaltdı. ?Bununla belə, məsələnin görüş çərçivəsində gündəlikdə olması və həmsədr ölkələrin xarici işlər nazirlərinin məsələ ilə bağlı bəyanatla çıxış etməsi müsbət haldır? deyə B.Muradova vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA