Polis Müsavat Partiyası Gənclər təzkilatının sədrini saxladı

img

17-07-2010 [08:16]


Müsavat Partiyası gənclər təşkilatının sədri Tural Abbaslı polis tərəfindən saxlanılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən T.Abbaslı deyib ki, onu bu gün saat 14.00 radələrində Yasamal rayon polis əməkdaşları saxlayaraq 28-ci polis bölməsinə aparıblar. Gənclər Təşkilatının sədri bildirib ki, polis əməkdaşlarının insanlara qarşı kobudluğuna etiraz etdiyinə görə saxlanılıb: ?Bildiyiniz kimi, bu gün qəbul imtahanı idi. Mən də qohumumu gözləyirdim. Polis əməkdaşlarının olduğu post patrul xidmətinin maşını Texniki Universitetin qarşısında toplaşıb imtahanda olan övladlarını gözləyən valideynlərin üzərinə sürdü. Mən də polis əməkdaşlarına insanlara qarşı bu cür davranmağın düzgün olmadığını bildirdim. O dəqiqə polislərdən biri mənim üzərinə gəldi və qolundan tutaraq avtomobilə əyləşdirdilər. Sonra da 28-ci bölməyə apardılar. Təxminən məni 4 saat orada saxladılar. Orda da başladılar ki, guya mən polisə müqavimət göstərmişəm. Hətta mənə xuliqanlıq maddəsi ilə cinayət işi açmaq istəyirdilər. Lakin partiyaya və hüquq müdafiəçilərinə müariciətimdən sonra rəisin özü şöbəyə gəldi, müdaxilən ediləndən sonra mənim 51 manat cərimələyərək buraxdılar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA