Türkiyə və israil tərəfləri müstəqil arazdırmaya razılıq verdilər

img

17-07-2010 [11:23]


[b]İlqar Altay: bu hal hər iki ölkənin demokratikliyinin göstəricisidir[/b] Türkiyə və İsrail səfirlikləri İlqar Altaya Aralıq dənizi sularında ?Mavi Mərmərə? gəmisi ətrafında baş vermiş münaqişənin müstəqil araşdırmasına rəsmi icazə verdilər. Bu barədə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hüquqşünas-kriminalist İlqar Altay məlumat verib. İ. Altayın bildirdiyinə görə artıq səfər üçün vizalar açılıb: ?İndiki dövr iki ölkə arasında məsələnin son dərəcə ziddiyyətli xarakter daşıdığı həssas bir məqamdır. Bu səbəbdən, hər iki səfirlik səfər və daşınacaq məqsədə ehtiyatla yanaşdılar. Ancaq səfirlik rəhbərlikləri səviyyəsində bir sıra söhbətlər oldu. Aparılacaq araşdırmanın ixtisaslı, tərəfsiz və obyektiv olması perspektivi əsaslı izah olundu. Missiyanın geniş ictimaiyyət və demokratik prinsiplər üçün vacibliyi önə çəkiləndən sonra razılıqlar alındı. Bu da hər iki ölkənin demokratik prinsiplərə sadiqliyinin, mətbuata və ictimai marağa hörmətinin göstəricisidir?. Səfərin yaxın günlərdə baş tutacağı və İstambuldan başlayaraq, Təl-Əvivdə davam edəcəyini, eyni zamanda Misir və Fələstini də əhatə edəcəyini bildi-rən tədqiqatçı bu cur beynəlxalq araşdırmanın azərbaycanlı mütəxəssis tərəfindən ilk dəfə aparılmasına da münasibət bildirdi: ?Həmişə onu görmüşük ki, xaricdən gəlsinlər, Azərbaycanda müşahidələr, araşdırmalar aparsınlar, münaqişə və konfliktləri təhlil, analiz edib dünyaya çatdırsınlar. Gəlin sübut edək ki, biz də, xaricdə ən ziddiyyətli münaqişələri araşdırmağa qadirik. Bunun üçün sadəcə ixtisaslı, obyektiv və qətiyyətli olmaq lazımdır. Biz məhz bu yolla, yəni, söz və görüntü ilə yox, əməli işlə dünyaya çıxa bilərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA