Ləğv edilən nazirliyin mətbuat xidmətinin rəhbəri sayt təsis etdi - Açıqlama

img

02-06-2017 [20:05]


Prezident İlham Əliyevin 13 fevral 2017-ci il sərəncamı ilə ləğv edilmiş Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov yeni sayt təsis edib. 

O, həm də təsis etdiyi www.n-xeber.com saytının baş redaktoru vəzifəsini icra edir.

Mia.az xəbər verir ki,  bu barədə Namiq Həsənovun özü sosial şəbəkədə dostlarına müraciət edib: "Yeni xəbər saytı ilə - www.n-xeber.com-la qarşınızdayıq. Qarşılıqlı əməkdaşlıqdan məmnun olarıq. Təkliflərinizi gözləyirik". 

Onu da qeyd edək ki, nazirlik ləğv olunsa da, Namiq Həsənov hələ də işinin başında olduğunu yazıb.

Xatırladaq ki, ləğv edilən Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək, onların bazasında Nəqtiyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. 

Görünür, Namiq Həsənov da yeni nazirliyin mətbuat xidmətində işini davam etdirir.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR