YAP-da milli mətbuatının 135 illik yubileyi münasibətilə bir qrup jurnalistin mükafatlandırıb

img

16-07-2010 [02:36]


Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov yubiley münasibətilə jurnalistləri təbrik edib. Əli Əhmədov bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyət həyatında xüsusi yer tutur. Mətbuatın cəmiyyətin informasiya ehtiyacının ödənilməsi baxımından vacib rol oynadığını vurğulayan YAP Sədrinin müavini qeyd edib ki, KİV cəmiyyətin səmərəli fəaliyyət göstərməsində də əhəmiyyətli funksiyaya malikdir. Əli Əhmədov bildirib ki, son illər Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir: ?Bu gün Azərbaycan sürətlə yeniləşir, müasirləşir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasətin uğurları ölkəmizin bütün guşələrində müşahidə olunmaqdadır. Azərbaycanın dinamik inkişafı hər bir vətəndaşın həyatında hiss edilir. Dövlətimizin başlıca məqsədlərindən biri də budur ki, Azərbaycanın hər bir vətəndaşı daha yaxşı yaşasın, sosial rifahı daha da yüksəlsin. Təbii ki, bütün bunlar Azərbaycan reallıqlarıdır və mətbuatımız bu reallıqları obyektiv, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmalıdır?. Azərbaycan dövlətinin KİV-lərin inkişafına da xüsusi diqqət göstərdiyini deyən YAP-ın Sədr müavininin sözlərinə görə, bu, bir tərəfdən həmin sahəyə qayğının göstəricisidirsə, digər tərəfdən də demokratik dəyərlərin cəmiyyətimizdə daha da dərinləşməsi istiqamətində atılan addımdır. Əli Əhmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası kütləvi informasiya vasitələri ilə əlaqələrə böyük önəm verir. Onun sözlərinə görə, mətbuat YAP-ı özünün dostu hesab edə bilər: ?YAP ölkəmizin ən aparıcı siyasi qüvvəsidir və böyük ictimai dəstəyə malikdir. Bu gün artıq partiyamızın üzvlərinin sayı 500 min nəfəri ötüb. YAP-ın qazandığı uğurların çoxsaylı səbəblərindən biri də onun fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə çatdırılmasıdır. Biz mətbuatla əlaqələrimizə xüsusi diqqət yetiririk. Milli mətbuat günü ilə bağlı keçirdiyimiz görüşlər isə artıq ənənəyə çevrilib?. Görüşdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak edirdilər. Görüşün sonunda KİV nümayəndələrinə mükafatlar təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA