Norveçin Azərbaycandakı səfiri Müsavat bazqanı ilə görüzüb

img

16-07-2010 [02:32]


Bu gün Norveç Krallığının səfiri Yon Ramberq ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın başqanı İsa Qəmbərlə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İsa Qəmbər cənab Ramberqə Azərbaycandakı fəaliyyətinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə qarşıdan gələn parlament seçkiləri, Seçki Məcəlləsi, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı, siyasi məhbuslar, həbsdə olan jurnalist və bloggerlərin indiki durumu və qarşılıqlı maraq doğuran digər problemlər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA