isa Qəmbər AXCP və Müsavatın bir partiyada birləzməsini təklif etdi

img

15-07-2010 [05:36]


Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 21-ci ilinə həsr olunmuş yığıncaq keçirilib. MİA-nın xəbərinə görə, tədbirdə Müsavat, AXCP, KXCP, Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların rəhbərliyi, ziyalılar iştirak edib. Tədbirdə çıxış edən Müsavat başqanı İsa Qəmbər AXCP və Müsavatın bir partiyada birləşməsi təklifini irəli sürüb. Müsavat başqanı bildirib ki, parlament seçkilərindən sonra qurultaydır, bu qurultayda partiyalar birləşə bilər və bundan sonra yeni başqan seilə bilər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışında İsa Qəmbərin təklifini müsbət qarşıladığını bildirib. Onun sözlərinə görə, bu iki təşkilatın birləşməsi ideyasını Xalq Cəbhəsində də birmənalı dəstəkləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA