?istər AXCP, istərsə də Musavat bütün dövrlərdə ortalığa etimadsızlıq qoyublar?

img

15-07-2010 [12:10]


?AXCP-Müsavat-KXCP ittifaqından xalqa heç bir xeyir gəlməyəcək. Tez-tez işlədilən ?AXCP-Müsavat birliyi sosial sifarişdir? fikrinin də heç bir əsası yoxdur. Bu təşkilatlar imitasiya ilə məşğul olublar, indi də məşğul olurlar?. Bu fikri MIA-ya AİDP sədri hacı Tahir Abbaslı bildirib. Onun sözlərinə görə, belə blokları, ittifaqları xalqın istəyi deyil seçkidən seçkiyə alınan qrantlar yaradıb: ?Səfirliklərdə hazırlanan bu planların arxasında maddi nöqteyi nəzərdən silmə və qazanma əməkdaşlığı durur?. AİDP sədri deyir ki, adları çəkilən ?müttəfiqlər? ayrı-ayrılıqda dostlarından müəyyən dövr istifadə edərək, varlıqlarını indiyə kimi qoruyub saxlasalar da, sonda düşmən kimi vidalaşmalı olublar: ?Demokratiya ?bani?ləri belə təcürbələrin və məşqlərin ictimayyət üçün nə dərəcədə zərərli olduğunu anlamırlar. İstər AXCP, istərsə də Musavat fəaliyyət göstərdikləri bütün dövrlərdə ortalığa etimadsızlıq, təkəbbür, nadanlıq və cəhalət qoyublar. Hesab edirəm ki, bu partiyaların müxalifət adı ilə kef etmələri yol verilməzdir?. T.Abbaslının sözlərinə görə, Ə.Kərimli və İ.Qəmbər dəfələrlə yaradılan blokların Azərbaycanın ictimai-siyasi həyatında əsaslı dönüş yaradacağını vəd versələr də, sonda heç bir nəticəsi olmayıb: ?Dəfələrlə bu şəxslər evcik-evcik oynayan uşaqlar kimi qurduqları blokları ayaqlayıb aradan çıxıblar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA