22-05-2017 [10:53]
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Azərbaycanda bir neçə gündür internetin sürətinin zəif olması və yerli provayderlərin Delta Telekom-a borclu olması məsələsinə reaksiya verib.
Bu barədə sosial şəbəkədə yazan O. Gündüzün sözlərinə görə, Azərbaycan internetinin keyfiyyəti son zamanlar hədsiz dərəcədə pisləşib:
"Düşünürəm ki, bu, əsasən 3 səbəblə bağlıdır.
1. Çox güman ki, pisləşmə məhz əksər yerli provayderlərin əsas backbone provayder - Delta Telekom-a olan borcları ilə bağlıdır. Heç kim üçün sirr deyil ki, dövlət və özəl provayderlərin bu şirkətə 30 milyon manat borcu yaranmışdı. Delta xəbərdarlıq edirdi ki, ya internet kəsiləcək, ya məhkəməyə verəcək və. s.
Güman ki, bu borcları əldə edə bilməyən Delta-nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da təbii ki ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərməliydi. Delta-nın onlayn statistikasından görünür ki, ölkəyə daxil olan trafik dəyişməyib. Deməli, Delta, bütün borclu provayderlərin internetini kəsməyin ciddi rezonans yaradacağını düşünərək, görünür ki, borcluların trafikindən xeyli azaldıb.
2. Azərbaycan internetindəki keyfiyyətsizliyin 2-ci səbəbi güman ki, beynəlxalq yarışların keçirildiyi ərəfədə təhlükəsizliklə bağlı aparılan filtrasiya (süzgəcləmə) ilə bağlıdır. Güman ki, təhlükəsizliklə bağlı hansısa əməliyyat-axtarış tədbirləri çərçivəsində belə bir filtrasiya aparılır. Təbii ki, süzgəcləmənin xarakterindən, avadanlıqların keyfiyyətindən asılı olaraq sürət az və çox dərəcədə azala bilir.
3. 3-cü səbəb isə məlum köhnə problemdir. Aidiyyatı dövlət qurumlarının nəzarətinin yetərli olmadığı şəraitdə bəzi provayderlər həmişə olduğu kimi istifadəçiləri "çəkidə aldadırlar”. Yəni onlar öz istifadəçilərinin sayına uyğun olan həcmdə trafik almırlar. Provayderlər müqavilədə nəzərdə tutulan sürəti deyil, qəsdən daha az həcmdə trafik verir. Adicə mobil operatorların abunəçilərinin sayı ilə aldığı internet trafikin həcmini müqayisə etdikdə bunu görmək olar.

O, qeyd edib ki, hazırda Azərbaycan interneti bütün sahələrə inteqrasiya edib, vətəndaşlar, dövlət qurumları, özəl və qeyr- dövlət sektoru internetdən həm informasiya münasibətlərinin qurulması, həm də digər müxtəlif məqsədlər üçün istifadə edirlər: "İnternetin üzərində biznes quranlar var, xidmət göstərənlər var, təhsil və səhiyyə xidmətləri göstərənlər var, xeyli dövlət xidmətləri bunun üzərindədir.
Odur ki, düşünürük ki, adı çəkilən qurumlar baş verənlərlərlə bağlı rəsmi açıqlamalar yaymalıdırlar, gözləntilərlə bağlı informasiyalar, tövsiyələr verməlidirlər.
Provayderlərə ictimai və dövlət nəzarəti gücləndirilməlidir.
NRYT Nazirliyi monitorinqlər aparmalıdır.
İstifadəçilər də öz provayderlərindən müqavilədə nəzərdə tutulan sürəti daha ciddi tələb etməlidirlər.
Problemlərlə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etməlidirlər”.
Azərbaycanın ən əsas internet provayderi olan "Delta" Telekom nə baş verdiyi ilə bağlı açıqlama verib.
Qurumdan Lent.az-a bildirilib ki, Azərbaycanda internetin keyfiyyəti pisləşməyib: "Azərbaycan ərazisində internetin keyfiyyətinin hədsiz dərəcədə pisləşməsini bildirmək düzgün yanaşma deyil. İnternetin keyfiyyəti onu yayan provayderlərin xidmətindən asılıdır və keyfiyyətə də müxtəlif təsirlər ola bilər. Amma ümumilikdə Azərbaycana daxil olan internetin nə keyfiyyətində, nə də sürətində problem var”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə internetlə bağlı yaranan bu problemi əksər yerli provayderlərin "Delta"ya olan borcları ilə əlaqələndirib. O qeyd edib ki, bu borcları əldə edə bilməyən "Delta"nın beynəlxalq operatorlar qarşısında problemləri yaranıb və bu da ilk növbədə ya ölkəyə daxil olan internet trafikdə, ya da provayderlərə verilən internet sürətində özünü göstərir.
Mütəxəssisin bu fikirlərinə də "Delta" Telekom cavab verib. Bildirilib ki, gələcəkdə internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılması istisna edilmir: "O. Gündüzün də bildirdiyi kimi, onlayn statistikaya baxsanız, ölkəyə daxil olan trafikin dəyişmədiyini görə bilərsiniz. Borclu provayderlərin olması məsələsi də düzgündür. Amma hələ ki, tərəfimizdən internetin azaldılması və ya kəsilməsi kimi addımlar atılmayıb. Amma gələcəkdə belə addımların atılması istisna olunmur. Buna görə də bildiririk ki, internet sürətinin və keyfiyyətinin pisləşməsi "Delta" Telekomdan qaynaqlanmır”.
Qurumdan o da bildirilib ki, sosial şəbəkələrdən videozəngin getməməsi məsələsi onların fəaliyyəti ilə əlaqə deyil, buna görə də bu barədə suala cavab verə bilməzlər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin təxribatçı sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb