Dağlıq Qarabağda heç bir halda, heç bir vaxt referendum keçirilməsi müzakirə predmet ola bilməz

img

13-07-2010 [12:19]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Toplantı iştirakçıları ilk olaraq Dağlıq Qarabağ problemin yeniləşmiş Madrid prinsipləri əsasında həllinə dair Xarici işlər naziri E.Məmmədyarovun ictimaiyyəti narahat edən açıqlamalarına münasibət bildirib və bununla bağlı partiyanın mövqeyini əks etdirən bəyanat qəbul edib. ?Gündəlik Azərbaycan? qəzetinin və gənc bloqqerlərin azadlığa buraxılması ilə bağlı bir qrup Azərbaycan ziyalıları tərəfindən ölkə prezidentinə müraciət ünvanlanmasını təqdir edən İdarə Heyəti üzvləri dövlət başçısını Milli mətbuatımızın yaranmasının 135 illiyi ərəfəsində humanist addımlar atmağa və peşə fəaliyyətinə görə həbs edilən jurnalistləri azadlığa buraxmasına çağırıb. Eyni zamanda ziyalıların hakimiyyətin Madrid prinsiplərini əsas götürərək Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulması hesabına güzəştli mövqe tutmasına susqunluq göstərməsinə münasibət bildirən İdarə Heyəti üzvləri onların istənilən sahə üzrə göstərdiyi təşəbbüsün siyasi əhəmiyyətinə kölgə saldığını diqqətə çatdırıb. İdarə heyəti üzvləri Tərtər rayonunda qanlı toqquşmalarla müşahidə olan hadisələrə münasibət bildirib və baş verən hadisənin əsasında sosial ədalət prinsipinin pozulması, icra başçılarının yerlərdə qanunla hesablaşmayan özbaşınalıqları, qaçqın və didərginlər üzrə dövlət komitəsinin yarıtmaz siyasəti və mülkiyyət hüququnun qorunmaması kimi faktorların durduğunu qeyd edib və hakimiyyəti milli birliyə təhlükə olan bu cür neqativlərə zəmin yaradan məmurlar haqqında lazımi tədbir görməyə çağırıb. İdarə heyəti daşqın fəlakəti yaşanan bölgələrdə humanitar vəziyyətin gərginləşməsindən bir daha narahat olduğunu bildirib və hökuməti həmin bölgədə yaşayan insanların sosial vəziyyətinin yaxşılaşması, onların qarşılaşdığı ciddi problemlərin aradan qaldırılması və seldən zərər çəkən hər bir ailəyə sabit həyata qayıtmaları üçün yardım göstərməyə çağırıb. AZƏRBAYJAN DEMOKRAT PARTİYASININ BƏYANATI Son günlər Ermənistan-Azərbayjan münaqişəsinin həlli istiqamətində müxtəlif müzakirələr aparılır, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbayjana səfərlər edir, yaxın günlərdə yenilənmiş Madrid prinsipləri əsasında hansısa sazişin imzalanajağı barədə ümidli bəyanatlar verilir. Biz Ermənistan-Azərbayjan münaqişəsinin tezliklə həll olunması və Jənubi Qafqazda davamlı sülhün əldə olunmasının tərəfdarıyıq. Lakin heç bir həll yolu Azərbayjanın dövlət suverenliyi və ərazi bütövlüyünə xələl gətirməməlidir. Heç bir halda torpaqları işğal altında olan bir dövlət kimi heç bir sazişdə işğal olunmuş ərazilərin yalnız sülh yolu ilə azad olunajağı öhdəliyini üzərimizə götürməməliyik. Bu beynəlxalq hüquqa ziddir, Azərbayjana münasibətdə ədalətsizlikdir. Azərbayjanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda heç bir halda, heç bir vaxt referendum keçirilməsi müzakirə predmet ola bilməz və bu danışıqlar masasında Azərbayjan tərəfinə şərt kimi irəli sürülə bilməz. Azərbayjan hökuməti birmənalı şəkildə əsas prinsiplərin içərisində Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən olunmasını qəti şəkildə rədd etməli, Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşların təhlükəsizliyinə təminat verməli və Dağlıq Qarabağın özünü idarə statusunu Azərbayjanın Konstitusiyası ilə müəyyən etməlidir. Bəyan edirik ki, heç bir hakimiyyət nümayəndəsi milli maraqlarımıza zidd olan hər hansı bir təklifə xalqdan gizli razılıq verə bilməz. ADP hakimiyyətdən Dağlıq Qarabağ problemi ətrafında baş verən hadisələr və aparılan danışıqlar barədə ijtimaiyyətə, vətəndaş jəmiyyətlərinə və siyasi partiyalara ətraflı məlumat verməyi tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA