AXCP Müsavatla bir seçki bloku ilə seçkiyə getmək barədə qərar verdi

img

13-07-2010 [11:55]


?Biz Ali Məclisin Rəyasət Heyətində bu məsələni müzakirə etdik və Müsavatla seçki bloku formasında fəaliyyət göstərməyin mümkünlüyü ilə bağlı qərar qəbul etmişik?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AXCP sədrinin müavini Nurəddin Məmmədli açıqlama verərkən deyib. Onun sözlərinə görə, artıq hər iki partiyadan nümayəndələr ayrılıb, bu istiqamətdə danışıqlar davam etdirilir: ?Biz hesab edirik ki, ən azı seçki bloku formasında fəaliyyət göstərmək imkanları kifayət qədər realdır. Hər şeydən əvvəl seçkiyə vahid namizədlə seçkiyə qatılmaq ideyası çox aktualdır, çünki elektoratın parçalanmaması baxımından bu addım mütləq atılmalıdır. Digər tərəfdən belə bir əməkdaşlığa böyük bir sosial sifariş var. Biz hesab edirik ki, bu sifarişi nəzərə alaraq, seçki ərəfəsi mərhələdə əməkdaşlıq imkanlarını genişləndirək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA