AMiP Mərkəzi Şurasının sədri və partiyanın baz katibi müəyyənləzib

img

12-07-2010 [05:01]


11 iyul 2010-cu il tarixdə ?Avropa? otelində AMİP-in növbəti X Qurultayından sonra yeni tərkibdə formalaşan Mərkəzi Şurasının ilk iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda təşkilatı məsələlərə baxılmış, ölkə üçün vacib olan problemlərə, o cümlədən, seçkiöncəsi vəziyyətə diqqət yetirilmiş və partiyanın növbəti etapda atacağı addımlar ərtafında geniş müzakirələr aparılıb. Nizamnaməyə uyğun olaraq AMİP Mərkəzi Şurasında Baş katib postuna Arzuxan Əlizadə, partiyanın Mərkəzi Şura sədrliyinə Adnan Novruzov, sədr müavini vəzifəsinə isə İradə Adıgözəlova seçiliblər. Mərkəzi Şurada, həmçinin, Əli Ələkbərov, Fuad Muxtarov, Aydın Əliyev, Məhərrəm Həsənov, Rauf Mirqədirov, Aminə Vəliyeva, Ceyran Ənsər və Sadiq Həmzəyev Siyasi Şuraya üzv seçilmişlər. Siyasi Şuraya iki yer vakant saxlanılıb. Eyni zamanda AMİP Katiblərinin təyinatı həyata keçirilib. Baş Katib Arzuxan Əlizadənin sərəncamı ilə Nazim Ələsgərov Təşkilat Katibi, Əli Orucov Mətbuat və Təbliğat Katibi, Rəşad Bayramov Seçki və Bələdiyyələrlə iş üzrə Katib, Elşən Mustafayev Beynəlxalq əlaqələr üzrə Katib, Vaqif Məmmədov isə Maliyyə məsələləri üzrə Katib postlarına təyin olunublar. Elə həmin gün, axşam saat 19:00-dan 21:00-dək ?Avropa? otelinin banket zalında AMİP yetkililərinin, siyasi partiya və KİV rəhbərlərinin, ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, millət vəkillərinin, tanınmış ziyalıların və bir sıra rəsmi şəxslərin iştirakı ilə AMİP-in yaranmasının 18-ci ildönümünə həsr olunmuş ziyafət verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA