Aydınlar Partiyası hakimiyyətdən parlamentin növbədənkənar sessisyasının çağırılmasını istəyir

img

12-07-2010 [01:06]


Qarabağ danışıqları Azərbaycanın milli maraqlarını və ərazi bötövlüyünü təhlükə altına alan bir mərhələyə keçib. Rəsmi Bakı yenilənmiş Madrid Prinsiplərinə uyğun olaraq Dağlıq Qrabağın hüquqi statusunun həmin ərazidə keçriləcək rəy sorğusu yolu ilə müəyyən olunacağına razılıq verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Aydınlar Partiyası bunu Azərbaycanın ərazi bütövlüyünün zorla pozulmasına bəraət verən bir addım kimi qiymətləndirir. Partiya hesab edir ki, ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlər işğal altında olan ərazilərdə keçirilməsi nəzərdə tutulan və nəticəsi qabaqcadan bəlli olan rəy sorğusu ilə həll oluna bilməz. Aydınlar Partiyası Azərbaycan Respublikasının Konstitutsiyasına, Azərbaycan xalqının milli maraqlarına və beynəlxalq hüquq normalarına zidd olan bu razılaşmanı qəbul etmədiyini bildirir. Partiya hakimiyyətdən Qarabag danışıqları ilə bağlı parlamentin növbədənkənar sessisyasının çağırılmasını, Milli Məclisdə Qarabağla bağlı dinləmələrinin keçirilməsini və hökumətin hesabat verməsini tələb edir. Aydınlar Partiyası hakimiyyəti təslimci sülh sazişindən imtina etməyə, beynəlxalq təzyiqlərə ümumxalq müqavimətini təşkil etmək üçün bütün siyasi qüvvələrlə dialoqa başlamağa çağırır. Aydınlar Partiyası ölkənin bütün demokratik və vətənpərvər qüvvələrini Azərbaycan xalqının milli maraqlarına zidd olan bu qarşılaşmaya qarşı çıxmağa və dinc ictimai müqavimətə səsləyir və bu cür istiqamətdə hər cür əməkdaşlığa hazır olduğunu bəyan edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA