Asim Mollazadə Varzava Şərqi Avropa konfransında iztirak etmək üçün Polzaya gedib

img

12-07-2010 [12:35]


Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avropa Birliyinin ?Şərq tərəfdaşlığı? proqramına həsr olunmuş Varşava Şərqi Avropa konfransında iştirak etmək üçün Polşaya gedib. MİA-nın xəbərinə görəŞ ?Biz hara gedirik? Post-kommunist və post-sovet ölkələri son 20 ildə? mövzusunda keçiriləcək konfransda ?Şərq tərəfdaşlığı? proqramının birgə təşəbbüskarı kimi Polşanın rolu, bu layihənin reallaşmasında rəsmi Varşavanın öhdəlikləri, ?Şərq tərəfdaşlığı? ilə bağlı ehtimalların reallaşdırılması səviyyəsinin qiymətləndirilməsi, tərəfdaş ölkələrdən gözlənilən təşəbbüslər müzakirə olunacaq. Asim Mollazadə ?Azərbaycanın son 20 ildə qət etdiyi məsafə və Şərq tərəfdaşlığı proqramında rolu? barədə məruzə edəcək. Ölkəmizin post-sovet dönəmindəki vəziyyəti barədə məlumat verəcək, onun ?Şərq tərəfdaşlığı? proqramda iştirak perspektivlərinə və öhdəliklərinə, Avropa məkanına verə biləcəyi töhfələrə aydınlıq gətirəcək. Konfransda Avropa Birliyinin Şərq tərəfdaşlığı proqramına daxil edilmiş altı ölkənin (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus, Moldova) parlament və xarici işlər nazirliklərinin yüksək səviyyəli təmsilçiləri məruzə edəcəklər. Bura post-sovet məkanından, Şərqi və Qərbi Avropa ölkələrindən, həmçinin ABŞ və Kanadadan 200-dək nüfuzlu şəxs qatılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA