Jurnalistlərə mənzillərin verilməsi üçün komissiya yaradılıb – Sənəd qəbulunun vaxtı məlum oldu

img

16-05-2017 [11:37]


İkinci binada jurnalistlərə mənzillərin verilməsi üçün sənəd qəbulunun vaxtı məlum olub.  

Sənədlər may ayının 22-dən iyun ayının 22-dək komissiyaya təqdim edilməlidir. 

Komissiya toplanan sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim edəcək.  

Sənədlər iş günləri saat 10.00-dan 17.00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) KİVDF-nin ofisində qəbul olunacaq.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib ki, dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə mənzil tikib vermir: "İqtisadi çətinliklərə baxmayaraq, bu məsələ gündəmdən düşmədi". 

Onun sözlərinə görə, sənəd qəbulu komissiyasının 9 üzvü var: "Onlardan üçü KİVDF-nin nümayəndəsi, üçü Milli Televiziya və Radio Yayımları Şurasının, digər üçü isə Mətbuat Şurasının nümayəndəsidir”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR