Deputat Aynur Quliyeva jurnalistlər üçün müsabiqə keçirir

img

09-07-2010 [12:45]


?Qadın Konsensus Mərkəzi? İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Azərbaycan qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili? layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərində 100-ə yaxın respondent arasında sosioloji sorğu keçirib. Müstəqil İnformasiya Agentliyin xəbərinə görə, bununla bağlı Atatatürk Mərkəzində tədbir keçirilib. Milli Məclisin deputatı, Qadın Konsensus Mərkəzinin direktoru Aynur Quliyeva bildirib ki, bu günkü tədbirdə həmin layihə çərçivəsində keçirilən tədbirlərdən biridir. Onun sözlərinə görə, sorğu zamanı respondentlərin cəmi 2%-i ?təhlükəli dini sektalara ehtiyac varmı? sualına ?bəli? cavab verib: ?Biz mətbuatın, medianın dini maarifləndirmə yönündə böyük imkanlarının və gücünü nəzərə alaraq istəyirik ki, medianın imkanlarından geniş istifadə edək. Bu məqsədlə jurnalistlər arasında müsabiqə elan edirik. Qeyri-ənənəvi dini təriqətlərin fəaliyyəti bağlı ən yaxşı jurnalist yazılarına xüsusi mükafat təqdim edəcəyik?. Müsabiqənin qalibləri üçün təxminən 5 yer nəzərdə tutulub. 1-ci yer - 1 nəfər- 300 manat 2-ci yer - 1 nəfər- 200 manat 3-cü yer - 3 nəfər- 450 manat(hərəsi 150 manat) Müsabiqədə iştirak etmək istəyən jurnalistlər avqust ayının 10-a kimi öz yazılarını yazılı və elektron formada təqdim edə bilərlər. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA