Mərkəzi Seçki Komissiyası seminar-treninqləri baza çatdırıb

img

08-07-2010 [05:45]


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı Avropa Şurasının Venesiya Komissiyası ilə birgə keçirdiyi seminar ? treninqi başa çatdırıb. MSK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, şikayət və müraciətlərə baxılması ilə əlaqədar təşkil olunmuş bu tədbir MSK-nın aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində gerçəkləşdirilib. Tədbirdə dairə seçki komissiyalarının şikayət və müraciətlərə baxan ekspert qruplarının üzvləri iştirak ediblər. İki gün davam edən tədbirdə treninqlər Mərkəzi Seçki Komisiyasının və Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri tərəfindən keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA