Jurnalistlər Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər – FOTOLAR

img

03-05-2017 [00:21]


Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 1-dən 5-dək keçirilən Silahlı Qüvvələrin birgə təlimlərini işıqlandırmaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mayın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan  jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR