Cəlaloğlu Artikl-19 təzkilatının Azərbaycan və Avropa proqramının əməkdazı ilə görüzüb

img

07-07-2010 [02:01]


Bu gün ADP sədri Sərdar Cəlaloğlu partiyanın mərkəzi qərargahında Artikl-19 beynəlxalq təşkilatının Azərbaycan və Avropa proqramının məsul əməkdaşı Rebeka Vinçetlə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ADP sədri Azərbaycandakı seçkiqabağı ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, seçki qanunvericiliyinə edilən son dəyişikliklər, sərbəst toplaşmaq azadlığı, azad mətbuatın problemləri və s. haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb. Müzakirələrdə Azərbaycanın demokratikləşmə perspektivləri istiqamətində də geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə predmeti olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA