01-05-2017 [22:41]
Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadliq.info, "Azadlıq" radiosunun azadliq.org, "Turan” telekanalı ("TuranTV”), "Azərbaycan saatı” teleproqramlarının (azerbaycansaati.com) və meydan.tv saytlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası keçirilib.
Prosesə hakim Nurəddin Bağırov sədrlik edib.
Məhkəmə iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədli bildirib ki, baş prokuror Zakir Qaralovun imzası ilə martın 27-də nazirliyə məktub daxil olub.
Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanır: "Həmin materiallar dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığına görə tədbir görülməsi istənilib”.
Mayın 27-də Baş Prokurorluqdan gələn məktuba saytlarda gedən konkret məqalələr də əlavə olunub.
B.Məmmədli məqalələrin surətini saytların nümayəndələrinə təqdim edib. Saytların maraqlarını təmsil edən vəkillər heç bir hüquqi təsdiqi olmayan vərəqlərin sübut kimi qəbul olunmasına etiraz ediblər.
Vəkillərin suallarına cavab olaraq Bəxtiyar Məmmədli bildirib ki, nazirlik Baş Prokurorluğun gəldiyi nəticə ilə razılaşıb, özü əlavə heç bir araşdırma aparmayıb, prokurorluğun əsaslandırması ilə kifayətləniblər.
"Azadliq.info"nun nümayəndəsi, vəkil Cavad Cavadov linqvistik ekspertizanın təyin olunması, həmçinin prokurorluğun da üçüncü tərəf qismində prosesə cəlb olunması haqda qərar qəbul edilməsini istəyib.
Hakim N.Bağırov bildirib ki, həm linqvistik ekspertiza, həm də prokurorluğun prosesə cəlb olunması məsələsinə növbəti məhkəmə iclasında baxılacaq.
Növbəti məhkəmə iclası mayın 3-nə təyin olunub.
Qeyd edək ki, adıçəkilən saytların bloklanması barədə Mərkəz mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib. (Virtualaz.org)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin təxribatçı sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb