ALP lideri Lalə Şövkət Norveç səfirini qəbul edib

img

05-07-2010 [04:24]


İyulun 5-də Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkət Norveç Krallığının Azərbaycandakı səfiri cənab Jon Ramberqi onun diplomatik missiyasının başa vurulması ilə əlaqədar qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ALP sədr əvəzi Əvəz Temirxan da iştirak edib. Görüş zamanı Azərbaycan-Norveç münasibətləri, Azərbaycanda ümumi ictimai-siyasi vəziyyət, dünyada və regionda geosiyasi durum, Azərbaycanda siyasi məhbuslar, demokratiya və insan hüquqları müdafiəsi problemləri, 2010-cu il parlament seçkiləri haqqında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA