Müsavat Partiyası etiraz aksiyalarını gündəmdə saxlayacaq

img

05-07-2010 [04:07]


Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonra ictimai-siyasi məsələlər müzakirə edilib. Divan, Müsavat Partiyası və DUİ-nin, eləcə də AXCP-nin iyulun 3-də keçirdiyi kütləvi aksiyaları yüksək qiymətləndirib. Aksiyada iştirak edən partiya rəhbərliyinə, Müsavat Deputat Qrupunun üzvlərinə, rayon təşkilatlarına, partiya fəallarına, bitərəflərə təşəkkürünü bildirib. Toplantıda gələcək kütləvi aksiyalar barəsində də fikir mübadiləsi aparılıb. Aksiyaların davam etdirilməsinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu məsələ ilə bağlı müttəfiqlərlə və partiyadaxili məsləhətləşmələrdən sonra qərar veriləcək. Toplantıda ABŞ Dövlət Katibi Hillari Klintonun Bakı səfəri müzakirə olunub. Müsavat Partiyası Divanı son vaxtlar soyuqlaşan ABŞ-Azərbaycan münasibətləri fonunda bu səfərin prinsipial əhəmiyyətə malik olduğunu və müsbət dəyişikliklərə səbəb olacağına inandığını qeyd edib. Bununla yanaşı göstərilib ki, səfərin nəticələri haqqında ? istər Qarabağ problemi, istər demokratiya, istərsə də digər həlli vacib məsələlər barədə o zaman konkret danışmaq mümkün olacaq ki, hər iki tərəf müzakirə edilən məsələlərin gerçəkləşməsi istiqamətində konkret addımlar atsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA