MSK sədri Məzahir Pənahov Piter Semnebini qəbul edib

img

01-07-2010 [02:41]


İyulun 1-də Piter Semnebinin rəhbərlik etdiyi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görəMərkəzi Seçki Komissiyasının sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə etmiş və ölkəmizin, o cümlədən MSK-nın bu qurumla əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Mərkəzi Seçki Komissiyasında keçirdiyi səmərəli görüşləri yaxşı xatırladığını bildirən P.Semnebi qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə və qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə etmişdir. O, Azərbaycanın gənc demokratik dövlət olduğunu vurğulayaraq, Avropa İttifaqının bu inkişafın davam etdirilməsinə yardım etməyə hazır olduğunu bildirib. Qonaqlar Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn seçkilərə hazırlıqla bağlı həyata keçridiyi tədbirlərlə maraqlanıblar. Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı nümayəndə heyətinə məlumat vermiş və seçkilərin ölkənin seçki qanunverciliyinə, Avropada formalaşmış standartlara uyğun keçiriləcəyini bildirib. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA