"Mətbuat günü jurnalistlərin evləri paylana bilər" - KİVDF sədri

img

12-04-2017 [15:18]


"Jurnalistlər üçün inşa edilən binada evlərin paylanılması bu il üçün gözlənilir”.

Bunu Publika.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

V.Səfərli deyib ki, sözügedən evlərin jurnalistlərə paylanılması 22 iyul Milli Mətbuat Günü ərəfəsində ola bilər:

"Evlərin verilməsi ilə bağlı tələb olunacaq sənədlərin toplanılması işinə isə elan veriləndən sonra başlanılacaq. Hələlik bu barədə konkret söhbət yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR