Müsavat sərbəst toplazmaq hüququnun kobud zəkildə pozulmasını qətiyyətlə pisləyir

img

30-06-2010 [03:37]


?Xəbər verdiyimiz kimi, Müsavat Partiyası 23 iyun 2010-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək iyulun 3-də, saat 15:00-dan 18:00-a kimi şəhərin mərkəzində mitinq keçirmək istədiyini bildirib. Mitinq keçirilməsi üçün məktubda 7 müxtəlif ünvan göstərilib. Qanuna görə BŞİH mitinqin keçiriləcəyi vaxta 3 iş günü qalmış, konkret halda bu gün saat 15:00-a kimi cavab verməlidir. Lakin İcra Hakimiyyəti növbəti dəfə qanunu pozaraq müraciətə vaxtında cavab verməyib. Bu, hakimiyyətin əhalinin sərbəst toplaşmaq hüququnun kobud şəkildə pozmasının növbəti əlamətidir?. Müstəqil İnformasiya Ageniliyinin xəbərinə görə, bu sözlər Müsavai Partiyasının bəyanatında yer alıb. Bundan əlavə, bəyanatda qeyd olunur ki, mitinq günü yaxınlaşdıqca Müsavat Partiyasının fəallarına qarşı kütləvi təzyiqlər başlayıb. Polislər partiyanın Gənclər Təşkilatının fəalları Rüfət Hacıbəyli, Ramil Baxış, Mürşüd Şahvələdov, Zaur Şirinli, Elçin Səlimov və Tural Sultanın mənzillərinə gedərək onlara hədə-qorxu gəliblər. Polislər gənc fəalları həbslə hədələyib, onlara partiyanın keçirəcəyi tədbirlər barədə polisə əvvəlcədən gizli məlumat vermələrini tələb ediblər. Müsavat Partiyası bütün bunları əhalinin sərbəst toplaşmaq hüququnun kobud şəkildə pozulması faktı kimi dəyərləndirir və öz kəskin etirazını bildirir. Biz, bu biabırçılıqlara son qoyulmasını, qanunu pozanların, insanların siyasi fəaliyyətinə zorakı yollarla maneçilik törədənlərin cəzalandırılmasını tələb edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA