"Regionun səsi"nin baş redaktoru döyüldü - İlginc təfərrüat

img

10-04-2017 [10:36]


"Regionun səsi" qəzetinin baş redaktoru Ağasəf Həsənov ölümcül döyülüb.

Mia.az criminal.az-a istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabad rayonundakı yeməkxanalardan birində baş verib. Başında ağır xəsarət alan A.Həsənov qan içərisində xəstəxanaya yerləşdirilib.

A.Həsənov iddia edir ki, onu rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədov döyüb. Lakin polis onun iddasını təkzib edib.

Cəlilabad rayion Polis Şöbəsinin rəis müavini Eldar Səfərov bildirib ki, A.Həsənovu Rizvan Məmmədov adlı şəxs yaralayıb. O, kafedə butulkanı A.Həsənovun başına vurub. Şöbə rəisinin sözlərinə görə, E.Məmmədov hadisə vaxtı orda olmayıb.

Saytın əldə etdiyi məlumata görə, hadisədən əvvəl R.Məmmədov, A.Həsənov və E.Məmmədov hadisə baş verən kafedə görüşüblər. Sonradan isə E.Məmmədov kafeni tərk edib. Bundan sonra A.Həsənov bölmə rəisinin ünvanına xoşagəlməz sözlər işlədib. Bu zaman R.Məmmədov butulkanı götürərək A.Həsənovun başına zərbə endirib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Məlumat üçün bildirək ki, ''Regionun səsi'' qəzeti Mətbuat Şurasının ''reket nəşrlər'' üçün tərtib etdiyi ''qara siyahı''ya salınıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR