Əli Həsənov: "Azərbaycan Klintonun səfərinə böyük əhəmiyyət verir"

img

30-06-2010 [11:00]


Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana gözlənilən səfəri ılə bağlı fikirlərini bildirib. PA rəsmisi deyib ki, Azərbaycan tərəfi buna böyük əhəmiyyət verir: ?Azərbaycan xarici dövlətlərlə münasibətlərini həmin ölkənin Dağlıq Qarabaq probleminə münasibəti üzərində qurur. Bizim üçün, ilk növbədə, ABŞ-ın Dağlıq Qarabağ probleminin həllinə dəstəyi və münasibətidir". Əli Həsənov jurnalistlərə deyib ki, Azərbaycan ABŞ ilə enerji, beynəlxalq təhlükəsizlik, insan hüquqları və demokratiya ilə yanaşı, Dağlıq Qarabağa münasibəti və bu sahədə gördüyü işi nəzərə alır. Ə.Həsənov Minsk qrupu həmsədr ölkələri prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatıda şərh edib. O deyib ki, bəyanat Azərbaycanı tam qane edir: "Bəyanat Azərbaycan tərəfini tam qane edir. Bəyanatda hər üç ölkə Azərbaycan ərazilərinin işğal edilməsi faktını etiraf edir. Bəyanatda işğal altında olan ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələbi var. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ölkələrin iradəsi var".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA