AMiP-çi gənclər beynəlxalq forumda iztirak ediblər

img

29-06-2010 [03:18]


24-27 iyunda Beynəlxalq Demokrat İttifaqı (BDİ) çərçivəsində Beynəlxalq Gənc Demokrat İttifaqı (BGDİ) Gürcüstanın Batumi şəhərində ?Azadlıq Forumu? keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Forumun işinə BDİ-yə daxil olan partiyaların öz ölkələrində aktiv siyasətlə məşğul olan gənc siyasətçiləri qatılıb. Azərbaycanı Forumda AMİP katibi Elşən Mustafayev və AMİP Gənclər Təşkilatının Beynəlxalq Əlaqələr üzrə sədr müavini Nicat Cavanşir təmsil ediliblər. Dünyanın 27 ölkəsindən 56 nümayəndə ilə keçirilən tədbirdə əsas müzakirə mövzuları bunlar olub: ?Dünyadakı demokratik dəyərlər və onların qorunması yolları. Uzunmüddətli enerji təhlükəsizliyini təmin etməklə iqlim dəyişikliyinin təsirini azaltmaq və enerji təchizatını beynəlxalq əsas kimi təşkil etmək, Sovetlər İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda baş verən hadisələr. Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin həlli yolları və buna mane olan qüvvələr?. 2010-cu il noyabr ayında Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi nəzərə alınaraq BGDİ-nin növbəti toplantısının bu il sentyabr ayının ikinci yarısında Azərbaycanda keçirilməsi qərara alınıb və BGDİ Azərbaycanda keçiriləcək parlament seçkilərinə xüsusi önəm verdiyini, AMİP-in bu prosesdə aktiv iştirak etmək niyyətini yüksək qiymətləndirib. Tədbirin işində ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Belçika, İsveçrə, Norveç, Avstraliya, Kanada və digər dövlətlərinin nümayəndələri, həmçinin, Gürcüstan Respublikasının prezidenti Mixail Saakaşvili, parlamentin sədri David Barkadze, baş nazir Levan Varşalamidze təhsil naziri Dmitriy Şaşkini və digər yüksək rütbəli hökumət və dövlət rəsmiləri iştirak ediblər. Məlumat üçün bildirirək ki, AMİP Beynəlxalq Demokrat İttifaqının tam hüquqlu üzvüdür. AMİP Lideri E.Məmmədov isə bu nüfuzlu beynəlxalq qurumun sədr-müavinidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA