MMP Müsavatla AXCP-nin birgə aksiyasına qarzı çıxır

img

29-06-2010 [03:14]


Bu gün Müasir Müsavat Partiyası İdarə Heyətinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkədə seçkiqabağı baş verən ictimai-siyasi hadisələr əsas müzakirə mövzusu olub. Müzakirələrdə Müsavat və AXCP-nin arasında birgə mitinq keçirmək qərarına qarşı müxtəlif fikir mübadilələri dəyərləndirilib və bu aksiyanın ABŞ Dövlət katibi Hillari Klintonun ölkəyə gəlişi vaxtı baş tutacağı pislənilib. İdarə Heyəti ölkədə qarışıqlıq salmaq istəyən bu qüvvələrə qarşı bir plan hazırlanması haqqında təkliflər verib. Təkliflərdən biri bu olub ki, bu cür təxribat xarakterli aksiyaların qarşısını almaq üçün xüsusi mobil - çevik dəstələr hazırlansın. Bu dəstələrin hazırlanması üçün Mitinq Komitəsinə xüsusi tapşırıq verilib. Mitinq Komitəsi isə görüləcək işlərlə bağlı bölgünü müəyyənləşdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA