BAXCP Azərbaycan hökumətini jurnalistlərin mənzil problemlərinin həllinə dəstək verməyə çağırır

img

29-06-2010 [01:09]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlət başçılarının ?Böyük səkkizliyin? Torontoda keçirilən zirvə toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı birgə bəyanatına münasibət bildirən BAXCP İdarə Heyəti Azərbaycan hökumətini sənəddə yer alan prinsipləri rədd etməyə çağırıb. BAXCP hesab edir ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı təcavüzkarla təcavüzə məruz qalanın eyniləşdirilməsinə və Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına xidmət edir. BAXCP İdarə Heyəti Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planına da münasibət bildirib. BAXCP hesab edir ki, Azərbaycan hökuməti Milli Mətbuatın 135 illik yubileyi çərçivəsində jurnalistlərin mənzil problemlərinin həllinə də xüsusi diqqət ayırmalıdır: ?Azərbaycan mətbuatının inkişafında xidmətləri olan, özünü təsdiq etmiş mətbuat orqanlarında ən adı beş il müddətində çalışan jurnalistlərə uzunmüddətli və faizsiz ipoteka kreditlərinin verilməsi yolu ilə KİV nümayəndələrinin mənzil problemlərinin həlli istiqamətində irəliləyişlərə nail olmaq mümkündür. BAXCP Azərbaycan hökumətini jurnalistlərin mənzil problemlərinin həllinə dəstək verməyə çağırır?. Toplantıda partiyanın parlament seçkilərinə hazırlığı, seçki platformasının əsas tezislərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr də aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA